Bu gün:

Dünyada qəhvə mədəniyyəti


Kimimiz üçün lüks, kimimiz üçün zövq, kimimiz üçün həyatın imtina edilə bilinməyəcək hissəsi... Bəli, mövzumuz qəhvə və qəhvə mədəniyyətidir. Statistikaya görə, son illərdə Türkiyənin ən sürətlə inkişaf edən sektorlarından biri olan qəhvə sənayesi qızğın qəhvə həvəskarlarını kafedən kafeyə, şəhərdən şəhərə hətta ölkədən ölkəyə sürükləyən gücə çevrilib. Belə olan halda, artıq təbii qəhvə mədəniyyətinə malik olan və öz yerli qəhvəsini sevən Türkiyə kimi bir ölkənin sakinləri belə, ən yaxşı qəhvə axtarışına çıxdılar. Sizi xaricə istiqamətləndirəcək bu siyahı ilə dünyanın ən yaxşı qəhvə şəhərləri haqqında daha çox məlumat toplaya bilərsiniz. 

Havana, Kuba

Qəhvənin düşüncə deyil, instinktiv reaksiya olduğu Kubada bir gün belə qəhvəsiz qalmamalısınız. Kuba espressosu kimi tanınan Cafe Cubano, bişirmə zamanı qəhvə qabına şəkərin qoyulduğu unikal ləzzətdir. Havanaya ilk addım atdığınız anda Cafe Cubano sizi cazibədar qoxuları ilə qarşılayacaq və şəhərdən çıxana qədər sizi izləyəcək.

Ən yaxşı qəhvə mağazaları: Cafe Arcangel, Cafe de los Artistas, Cuba Libro


Seattle, Amerika Birləşmiş Ştatları

Şimali Amerikanın günümüzə qədər gəlib çatan şəhərlərindən biri olan Sietldəki qəhvə mədəniyyəti, toxumları bu şəhərdə əkilən Starbucks qəhvə zəncirindən tanınsa da, ondan çox daha zəngin bir quruluşa malikdir. Müstəqil kafelər qəhvə səhnəsində üstünlük təşkil edərək, hipster mədəniyyətinə böyük töhfə verir. Amerikaya səyahət etmək niyyətindəsinizsə, burada nəfəs almadan edin. 

Ən yaxşı qəhvə mağazaları: La Marzocco, Elm Coffee Roasters, Analog Coffee


Roma, İtaliya

Əminik ki, Romanı bu siyahıya daxil etməsəydik, bir daha ictimaiyyətə çıxa bilməyəcəkdik. İtaliya paytaxtının möhtəşəm espressosu hətta qəhvə sevməyənləri də şirnikləndirə bilər. Səhər yeməyi zamanı və ya nahardan dərhal sonra için. Gününüzə sakitlik, enerji və dinclik gətirəcək italyan qəhvəsini sınamadan özünüzü ən yaxşı qəhvə mütəxəssisi adlandıra bilməzsiniz.

Ən yaxşı qəhvə mağazaları: Antigua Tazza Doro, Sciascia Caffe 1919, Caffe Trombetta


Reykjavik, İslanda

Yay aylarında orta temperaturu 11 dərəcə olan bir ölkənin isti içkilərə əl atması ağlasığmazdır. Belə ki, islandiyalıların qəhvə sektoruna qoyduğu sərmayə də gözlənildiyi kimi kifayət qədər böyükdür. Latte və kapuçino yerli əhalinin ən çox seçdiyi qəhvə növləri arasındadır. Reykjavik zəncirlərin kölgəsində qalmadan ürəyinizcə qəhvə içə biləcəyiniz bir ünvandır.

Ən yaxşı qəhvəxanalar: Cafe Babalu, Mokka Kaffi, The Coocoos Nest


Vyana, Avstriya

Vyanada qəhvəxana mədəniyyəti o qədər güclüdür ki, YUNESKO tərəfindən regionun mədəni dəyərini təmsil edən struktur və ya birləşmələrə verilən “qeyri-maddi mədəni irs” adı bu mədəniyyətə verilib. Müasir dizaynların və köhnə dəbli qəhvələrin göz qamaşdıran qarışığını təqdim edən bu şəhərdə melanj qəhvəsi üçün dayanın. Kremli kapuçino olaraq təyin olunan bu qəhvəni içdiyiniz zaman Vyananın soyuq havası ağlınızdan uçub gedəcək. 

Ən yaxşı qəhvəxanalar: Cafe Prückel, Balthasar, Vollpension


Melburn, Avstraliya

Bir çoxları tərəfindən dünyanın ən yaxşı qəhvəsi kimi təsvir edilən Melburn getdikcə daha cəlbedici bir qəhvə məkanına çevrilir. Şəhərin qəhvəyə olan aludəliyini hər il Melburn Beynəlxalq Qəhvə Sərgisi ilə yekunlaşdırmaq olar. Əgər Avstraliyada olsanız, pikkolo latte üçün Melburnu ziyarət etmək pis fikir olmaz.

Ən yaxşı qəhvə dükanları: Axil Coffee Roasters, Seven Seeds, Auction Rooms


Taypey, Tayvan

Tayvanın paytaxtı qeyri-adi qəhvə macərası axtaranların evidir. Ağır bişirmə texnikası ilə ətirdən tam yararlanmağı bacaran Taypey qəhvəxanaları bölgəni əsl qəhvə mərkəzinə çevirir. Onu ən yaxşı qəhvə siyahısına hara qoyacağımızı bilmirik, lakin Taypey mütləq siyahınızda ən yaxşı şəhər olacaq. Hərtərəfli qəhvə təcrübəsi üçün siz Rufous Coffee seçə bilərsiniz.

Ən yaxşı qəhvə mağazaları: Rufous Coffee, Coffee Lover's Planet, The Normal

Vankuver , Kanada

Əgər sərinləşdirici içki və bol ətirli bir qəhvə qurtumlamaq istəyirsinizsə, yonca qəhvə üsulunun tez-tez istifadə edildiyi Vankuver şəhəri sizi qane edəcək. Şəhərin hər yerində kiçik və müstəqil qəhvəxanalar tapmaq mümkündür. Həm şəhərin mərkəzi, həm də tənha məhəllələr ləzzətli qəhvəxanalarla təchiz olunub. Təbii gözəllikləri ilə məşhur olan bu şəhəri ziyarət etsəniz peşman olmayacaqsınız.

Ən yaxşı qəhvə mağazaları: Nemesis, Revolver, Pallet Coffee Roasters

Lissabon , Portuqaliya

Mədəniyyəti qəhvə ilə qarışan ölkələrdən biri də Portuqaliya və onun zərif paytaxtı Lissabondur. Günə kofe ilə başlayıb günü kofe ilə bitirənlər üçün burada qəhvə mədəniyyəti ilə aludəçilik var. Üstəlik, pul qabınızı girov qoymadan tərk edə biləcəyiniz müstəqil kafe variantları ilə ziyarətinizi daha zövqlü edə bilərsiniz. 

Ən yaxşı qəhvəxanalar: The Mill, Kaffeehaus, Botequim

Sao Paulo, Braziliya

Dünya qəhvə istehsalının az qala 40%-ni qarşılayan Braziliya coğrafi mövqeyinə görə qəhvə mədəniyyətindən qaça bilinməyən ölkələrdən biridir. Ölkənin ən yaxşı restoranları və ən yaxşı iqlimi olan Sao Paulonun maliyyə mərkəzi də ən yaxşı qəhvə təqdim edir. Bu rəngarəng ölkədə həm arabica, həm də robusta istehsal edən təxminən 220.000 qəhvə ferması var və Sau Paulo, şübhəsiz ki, bu sərvətdən öz payına sahibdir.

Ən yaxşı qəhvəxanalar: Coffee Lab, Octavio Cafe, Urbe Cafe Bar


Addis Ababa, Efiopiya

Efiopiya qəhvənin "doğulduğu" yerdir. Bu günə qədər qəhvə istehsalında birinci yeri tutmağı bacarmışdır. Avropa və Amerika ölkələrindən fərqli olaraq burada ictimailəşməyin bir nömrəli üsulu içki əvəzinə qəhvədir. İnsanlar bir fincan qəhvə ilə masa arxasında bir-biri ilə görüşür və yaxınlıq qururlar. Paytaxt Əddis-Əbəbədə də vəziyyət çox da fərqli deyil. Çılğınlıq edib Efiopiyaya səyahət edin, qəhvə dənələrini ən təbii formada emal edin, qəhvənizi ən saf və aydın şəkildə qurtumlayın.

Ən yaxşı qəhvə mağazaları: Harar Coffee, TO.MO.CA Coffee, Kaldi's Coffee

Mənbə: EF

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et