Yeni ölkələrə səyahət etmək, fotoşəkillər çəkmək və ya qeyri-adi reseptlərlə ləzzətli məsləhətlər vermək, bunun nəticəsində pul qazanmaq – blogerin həyatı belədir. Daha dəqiq desək, insanların çoxunun bloger kimi düşündüyü belədir. Həqiqətən də blogerlik dedikdə ağlına bir təyyarədən digərinə tullanmaq, mətbəxdə itmək və ya idman məlumatlarını kağıza köçürmək kimi proseslər gəlir. Bəs bu dominant düşüncə bloger olmaq haqqında həqiqəti əks etdirirmi?
Bloger olmaq həvəs və iş deməkdir
Aktiv blogerlərin sayı günü-gündən nəzərə çarpacaq dərəcədə artır və araşdırmalar göstərir ki, bu rəqəm on minlərlədir. Səyahət, idman, moda, yemək, texnologiya və daha bir çox şeylər... Ancaq izdihamdan fərqlənmək düşünülən qədər asan deyil. Keyfiyyətli bloqlar həvəs, əzm və yorulmaz zəhmətin əlamətlərini göstərməlidir. Oxucularınız sizdən hər zaman yeni məzmun gözləyəcək və siz onlara yaradıcı və orijinal şəkildə təqdim etməlisiniz. Əks halda, getdikcə dərinləşən bloq okeanında suda qala bilməyəcəksiniz.
Bloqunuz = şəxsiyyətiniz
Bloq səhifənizi hansı səbəbdən yaratmağınızdan asılı olmayaraq, onun şəxsiyyətinizi və həvəsinizi əks etdirdiyinə əmin olmalısınız. Haqqında yazdığınız şeyə sadəcə aşiq olmaq kifayət deyil, həm də bloq yazmaqdan həzz almalısınız. Həvəslə qurduğunuz bu bloq eynilikdən qurtula və xüsusi bir mövqeyə çata bilər, bununla da oxucularınızın gözündə dəyərinizi artıra bilər.
Həmişə müəyyən auditoriyaya müraciət etmək lazım deyil
Bir çoxblogerlər özlərini inandırıblar ki, onlar yalnız çox kiçik və konkret auditoriyaya müraciət etdikdə uğur qazana bilərlər. Bu tamamilə yanlış fikirdir. Əlbəttə ki, uyğun gələndə öz oxucunuz üçün məzmun hazırlamaq faydalı ola bilər, lakin bu o demək deyil ki, populyar mövzularda şərhlərinizi dünya ilə bölüşsəniz, özünüzü eynilik dünyasında həbs edəcəksiniz. Unutmayın, əksər oxucular saytınıza axtarış ilə başlayan bir səyahətlə çatacaq və bu axını təmin etməyin bir nömrəli yolu gündəmi yaxından izləyərək mövzularınızı formalaşdırmaq olmalıdır.
Şəbəkə yaradın (iş mühiti)
Sosial media, e-poçt və ya Linkedin hansını seçsəniz, bloqunuzu zirvəyə çatdırmağın açarlarından biri güclü şəbəkəyə sahib olmaqdır. Təcrübələrinizi və fikirlərinizi insanlarla bölüşməli və digər blogerlərlə tərəfdaşlıq qurmaqdan çəkinməməlisiniz. Bəlkə, qonaq bloger kimi də başqa bloqlarda iştirak edib nüfuzunuza şöhrət qata bilərsiniz.
Mənbə: EF
Tərcümə etdi: Nuran Əhmədzadə
