Bu gün:

Azərbaycan neftinin qiyməti artıb


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

24media.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin bir barelinin qiyməti 0,46 ABŞ dolları və ya 0,63 faiz yüksələrək 73,35 ABŞ dollarına çatıb.

Bundan əvvəl “Azeri Light” markalı neftin bir bareli 72,89 ABŞ dollarına satılırdı.

Qeyd edək ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et