Bu gün:

Tarixin qara ləkəsi: Srebrenista qətliamı


Avropanın ortasında 10 minə yaxın mülki qadın, kişi və uşağın qətlə yetirildiyi Srebrenitsa hər il iyulun 11-də mərasimlərlə anılır.  Bosniyalı mülki vətəndaşların serblərə təslim olması ilə böyük bir qətliam baş verib.  

1995-ci ilin iyulunda Yuqoslaviyada vətəndaş müharibəsi zamanı Serbiya ordusu “Krivaya 95 əməliyyatı” çərçivəsində Srebrenitsanı işğal edib. Bu hadisə işğal olaraq qalmadı, qırğına çevrildi.

Çünki Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində “Ratko Miladiç”in komandanlığındakı ağır silahlanmış serb ordusu tərəfindən azı 8372 nəfər həlak olub. Bu qırğında qoca-cavan minlərlə insan həlak oldu. Qırğında Serb ordusu ilə yanaşı, Bosniya-Serb ordusunun "Əqrəblər" kimi tanınan xüsusi bölmələri də iştirak edib. Nə Birləşmiş Millətlər Təşkilatının Srebrenitsanı təhlükəsiz bölgə elan etməsi, nə də şəhərdəki 600 Hollandiya Sülhməramlısı qətliamın qarşısını ala bilməyib.

Bəşər tarixinin qara ləkəsi: Srebrenitsa Soyqırımının 26-cı ildönümü

Srebrenista qətliamı harada və zaman baş verib?

11 iyul 1995-ci ildə Ratko Mladiç komandanlığında Serb qoşunları tərəfindən Srebrenitsanı işğal etdikdən sonra BMT nəzdində Hollandiya əsgərlərinə sığınan mülki boşnaklar daha sonra serblərə təhvil verilib.

Bosniyalı əsgərlərin nəzarəti altında olan bölgəyə qadın və uşaqların gəlməsinə şərait yaradan serblər meşə sahəsində, fabrik və anbarlarda ən az 8372 bosniyalı kişini qətlə yetiriblər. Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda basdırılıb.

Müharibədən sonra itkin düşənlərin tapılması istiqamətində aparılan işlər zamanı cəsədləri kütləvi məzarlıqlarda tapılan qurbanlar, şəxsiyyətləri müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında təşkil edilən mərasimlə yad edilir.

Mənbə: CNN türk 

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et