Bu gün:

Qızıl və gümüşün qiymətində azalma qeydə alınıb


Nyu-Yorkun COMEX əmtəə birjasında ticarət zamanı qızılın qiymətində azalma qeydə alınıb. Bir troya unsiyası üzrə qızılın dəyəri 4,9 dollar enərək 5 117,4 dollar səviyyəsində formalaşıb.

24media.az AZƏRTAC-a əsasən xəbər verir ki, qiymət dəyişiklikləri qlobal bazarlarda müşahidə olunan dalğalanmalar fonunda baş verib. İnvestorların ehtiyatlı mövqeyi qiymətli metallar bazarına da təsir göstərib.

Gümüş bazarında da oxşar dinamika müşahidə olunub. Belə ki, gümüşün bir unsiyasının qiyməti 5,64 dollar azalaraq 109,93 dollara bərabər olub.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et