Dünya enerji bazarlarında Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir barelinin qiyməti 1,13 dollar və ya 1,72 faiz azalaraq 64,6 dollar təşkil edib. Analitiklərin fikrincə, qiymət enməsi qlobal bazarlarda tələbin zəifləməsi və ümumi iqtisadi qeyri-müəyyənliklə bağlıdır.
Qeyd edək ki, “Azeri Light” neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Arzu Qafarova
