Bu gün:

Dünya birjalarında neftin qiyməti yüksəlib


Dünya əmtəə bazarlarında neft qiymətlərində artım müşahidə olunub. Beynəlxalq ticarət meydançalarında aparılan son əməliyyatlar nəticəsində xam neftin əsas markaları üzrə qiymətlər yüksəlib.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 0,29 dollar bahalaşaraq 60,25 dollar səviyyəsinə çatıb. Nyu-Yorkda yerləşən NYMEX birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar artaraq 56,25 dollar olub.


Arzu Qafarova


Paylaş
Şərh əlavə et