
Müəyyən proseslərdən keçərək köhnə xalça və kilimləri müxtəlif ölkələrə ixrac edən şirkət "Sıfır tullantı" layihəsi çərçivəsində zibilə atılacaq kiçik parçaları rəssamın dəstəyi ilə üçölçülü rəsmlərə çevirərək satışa çıxarıb.
İstanbulda 32 ildir fəaliyyət göstərən və 50 nəfərin çalışdığı şirkət xalça ixrac etməklə yanaşı, çürük, yanmış və ya istifadəyə yararsız xalça və kilimləri 40 sm-lik parçalara ayıraraq Anadoluda "yamaq" kimi tanınan üsulla xalça və kilim yamaqları düzəldir və ixrac edir.
Yamaqlardan qalan xırda parçaları iqtisadiyyata gətirmək üçün sıfır tullantı layihəsi hazırlayan şirkət bəzi sənətçilərlə də görüşüb, onlarla işləyib.
Kovid-19 epidemiyası zamanı uzun zəhmətlər nəticəsində zibilə atılacaq minlərlə xırda əllə toxunmuş xalça və kilimlərdən təkrar emal üzərində çalışan bir rəssamın dəstəyi ilə üç ölçülü rəsmlər hazırlanıb.
Yanvar ayında Almaniyada keçirilən "Beynəlxalq Xalça və Döşəmə Örtüsü Sərgisi"nə qatılan şirkət üçölçülü rəsmlərə böyük maraqla qarşılanıb. Bu rəsmləri, ilk növbədə, ABŞ və İngiltərəyə ixrac edən şirkət hər xalça və kilim parçasını iqtisadiyyata gətirməklə valyuta daxilolmalarını təmin edir.
Antalya ANFAŞ Beynəlxalq Sərgi və Konqres Mərkəzində açılan həmin yarmarkada xalça və kilim tullantılarından hazırlanan rəsmlər xarici satınalma komitələrinin diqqətini çəkib.
Görən hər kəs bəyənir
Şirkətin sahiblərindən Hamit Akçay 3 qardaşının 32 ildir xalçaçılıq sahəsində fəaliyyət göstərdiklərini, beynəlxalq sərgilərdə iştirak etdiklərini, Anadolu əl istehsalı xalça və kilimlər ixrac etdiklərini bildirib. 80-ə yaxın ölkəyə xalça ixrac etdiklərini vurğulayan Akçay bildirib:
“Biz Anadoludan köhnə əl işi xalçaları toplayırıq, onları düzəldirik və xaricə satırıq. İstifadə olunmuş bütün xalçalar möhkəm deyil. Onların bəziləri yanmış, çürümüş olur və sağlam hissələrini təmir etmək mümkün olmur. Onları yuyub, təmir edib, parçalara ayırırıq.
Mənbə: Sözcü
Tərcümə etdi: Lalə Mənəfova
