Bu gün:

Mətbəxdə yetişdirə biləcəyiniz bitkilər


Kulinariya şəraitində bütün bitkiləri yetişdirmək mümkün deyil. Lakin bəzi bitkilər bu mühitə uyğunlaşır. Hətta onlardan yeməylərimizə qatıb gözəl dadlar yarada bilərik.

Evin, bəlkə də, ən canlı hissəsi olan mətbəxin tez-tez dəyişən şərtlərinə baxmayaraq, yaşıl dostlarımızdan uzaq durmağa ehtiyac yoxdur. Mətbəxdə yetişdirə biləcəyiniz 8 gözəl bitkini sizin üçün sadaladıq.

1.Divar sarmaşığı

Bu bitki birbaşa günəş işığı qəbul etməyə meyillidir. Sarmaşığı pəncərənin üstündən asmaq olar. Bitki yaşılın müxtəlif çalarlarında qara, ağ, sarı ola bilir. Sivri yarpaq küncləri olan bitki eyni zamanda otaq havasını çirkləndirən formaldehid, benzol, kif və bakteriya kimi faktorları aradan qaldırır.

2.Aloe vera

Ölməz bitki kimi də tanınan aloe vera öz adına layiqdir. O mətbəxin sərt və dəyişkən şəraitində belə sağ qalır. Yarpaqları arasında olan gel dəriyə və yaraların sağalmasına yaxşı təsir edir. 

3.Salon yaprağı

Adının hüdudlarını aşan bu bitki zəif işıqdan, dəyişkən temperaturdan və nadir suvarmadan asılı olmayaraq yaşaya bilir.

4.Qartopu çiçəyi

Ağ ornamentləri ilə bütün fəsillərdə çiskinli qar görünüşün təqdim edən bu çiçək mətbəxtinizdə fərqli hava yaradacaq.

5.Lent çiçək

Bu bitki çox baxım tələb etmir. O rahatlıqla pəncərə və ya günəşli şkafın üstündə böyüyür. Lent çiçəyi ətrafdakı qoxu və tüstü kimi hava çirkləndiriciləri təmizləyir.

6.Reyhan

Yeməklərinizə son toxunuş kimi bir çimdik reyhan əlavə etmək yeməyinizi gözəl göstərəcək.Siz isə öz əllərinizlə yetişdirdiyiniz üçün zövq alacaqsınız. Lazım olduqda kiçik bir çimdik qoparsanız, reyhan daha gur böyüyəcək.

7.Paşa qılıncı

Paşa qılıncı işığa və suya çox ehtiyac duymadan öz qayğısına qalır. Bu bitki məşğul həyatı olan və hələ də mətbəxinə rəng qatmaq istəyənlər üçün əla seçim ola bilər. O ayda bir və ya iki dəfə suvarmadan başqa heç bir baxım tələb etmir.Bitkilər böyüyərək iri ölçülərə də çata bilir.

8.Salon sarmaşığıÇox baxım tələb etmədən rəflərdən və şkaflardan asılaraq mətbəxinizi gözəlləşdirə bilən bu sarmaşıqlar xüsusi işıqlandırma tələb etmir.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova


Paylaş