Bu gün:

Sevilən insan olun


Məşhur olmaq və sevilmək istəyənlər üçün zəngin və tanınmış olmaq şərtdir. Bəzi xüsusiyyətlərə sahib olmaq hazırda daha populyardır. 

İnsanın cəmiyyətdə malik olduğu sosial rütbə, daha dəqiq desək, sosial status; resurslara çıxışa, dostları cəlb etmək bacarığına, hətta ömür uzunluğuna təsir edir.

İnsanların sevgisini necə qazanmaq lazımdır?

"Xalqın gözündə hörmət qazanmaq üçün nə lazımdır? Və yaxud hörmətə layiq görülməsinə nə mane olur?" Bu sualı ünvanlayan alimlər öz tədqiqatlarında insanların davranış, fiziki xüsusiyyətlər və hadisələr haqqında təəssüratlarını araşdırdılar.

Nəticələrə əsasən dürüst, zəhmətkeş, xeyirxah, altruist, ağıllı, bilik və yumor hissinə malik olmaq insanların sosial cəhətdən gördüyü dəyəri artırır. Ağıllı, cəsarətli və liderlik göstərən insanlar, xüsusilə, yaşıdlarının gözündə qalxırlar.

Kişilərlə qadınlar arasındakı fərqlərə baxarkən başqalarını qorumağa hazır olmaq və bacarmaq kişilərin məşhurluğunu artırmaqda daha çox diqqət çəkən davranışlardır. Cəsarət göstərmək, risk etmək, fiziki olaraq şübhə altına almaq kimi davranışlar kişilərə sosial statuslarını yüksəltməyə kömək edir. Ailədə qadınların bacarığı cəmiyyətdə daha qiymətlidir.

Yoldaşınıza sadiq olmaq əhəmiyyətli dərəcədə və eyni dərəcədə həm kişilərin, həm də qadınların sosial vəziyyətini artırır.

Populyarlığı və sosial statusu artıran şeylər də ölkə üzrə müxtəlifdir. Məsələn, yumor hissi Polşada digər ölkələrə nisbətən daha təsirlidir.

Aparılan araşdırmalar da müəyyən mənada maraqlı nəticələr verib. Keçmişdə yoluxucu ola biləcək xəstəlikdən əziyyət çəkən insanların sosial baxımdan kənarlaşdırıldıqlarını xatırladan alimlər bunun elmi bilikləri olmayan və bəzən başqa seçimi olmayan cəmiyyətlərdə tətbiq edilən bir metod olduğunu xatırladıblar. Bu gün böyük informasiya mənbələri və qabaqcıl təhsil sayəsində bu cür davranışın mümkün olmadığı vurğulanırdı, çünki insanların bir-biri ilə bağlı qərəzli fikirləri və fikirləri keçmiş cəmiyyətlərlə müqayisədə olduqca inkişaf edirdi. Bu gün cəmiyyətdəki diskreditinq normaları, görünür, xeyli dəyişib.

Mənbə: HThayat

Tərcümə etdi: Samirə Kərimli



Paylaş