Bu gün:

Nizami rayonunda narkomaniyaya qarşı maarifləndirmə aparılıb


Nizami rayonunda narkomanlığa qarşı mübarizə və sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirici aksiya təşkil olunub. Tədbir əhalinin, xüsusilə gənclərin zərərli vərdişlərdən uzaq durması və düzgün həyat tərzi seçməsi üçün məlumatlandırma xarakteri daşıyıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu, Nizami Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Aksiya çərçivəsində narkotik və psixotrop maddələrin zərərləri ilə bağlı maarifləndirici bukletlər paylanılıb.

Tədbir zamanı könüllülər sakinlərlə söhbətlər aparıb, narkotik asılılığının sağlamlığa, ailəyə və cəmiyyətə vurduğu zərərlərdən bəhs ediblər. Eyni zamanda sağlam həyat tərzinin əhəmiyyəti vurğulanıb və gənclər bu istiqamətdə daha fəal olmağa çağırılıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et