Bruno Fernandes 17 yanvarda “Mançester Siti” ilə derbidə meydana qayıda bilər. Bu halda o, beş oyunu buraxmış olacaq.

Onun yoxluğu komanda üçün ciddi itkidir. Çünki Mbeumo və Amad Diallo Afrika Millətlər Kubokundadır, Kobbie Mainoo isə zədə səbəbindən oynamır. Baş məşqçi Amorim: “Brunonu əvəzləmək mümkün deyil”, – deyərək digər futbolçuların məsuliyyəti artırmalı olduğunu bildirib.
Fernandes 2020-ci ildən bəri nadir hallarda oyun buraxıb və bu fasilə onun “Mançester Yunayted”dəki ən uzun yoxluğu olacaq.
Mənbə: BBC
Tərcümə etdi: Mələk Nəsirli
