Bu gün:

Marta Stevart futbol klubuna ortaq olub


ABŞ-nin tanınmış “lifestyle” ulduzu Marta Stevart İngiltərənin “Svanzi Siti” futbol klubunun səhmlərinin bir hissəsini alaraq klubun səhmdarları sırasına qoşulub. 

Bu addım Marta Stevarr üçün qeyri-adi hesab olunur, çünki o, uzun illərdir əsasən kulinariya, dizayn və həyat tərzi sahəsində fəaliyyəti ilə tanınır. Ekspertlərin fikrincə, Stevartın bu qərarı məşhurların idmana və xüsusilə futbol biznesinə artan marağının göstəricisidir.

Qeyd edək ki, “Svanzi siti” klubu hazırda beynəlxalq investorların diqqət mərkəzindədir və yeni tərəfdaşlıqlar klubun maliyyə və kommersiya imkanlarını genişləndirməyi hədəfləyir. Marta Stevart qoşulması isə klubun qlobal nüfuzuna müsbət təsir göstərə bilər.


Mənbə: reuters.com

Tərcümə etdi: Şehrin Musayeva





Paylaş
Şərh əlavə et