Bu gün:

Arzularımın ardınca getsəm, camaat nə deyər?


Biz həyata yalnız bir dəfə gəlirik və neçə yaşımız olsa da, geriyə baxanda həyatımızın nə qədər qısa olduğunu anlayırıq. Odur ki, bizim etməmiz lazım olan bizim olan bu həyatı arzularımızın ardınca, kimin nə düşünməsindən, nə deməsindən asılı olmayaraq, tam və peşman olmadan yaşamaqdır. 

Ürəyinizə qulaq asın. Sizin üçün yalnız öz fikirləriniz önəmlidir. Sənə doğru görünən başqası üçün yanlış ola bilər. Başqalarının nə düşündüyü və ya dediyi barədə narahat olmayın. Neqativləri qarşınıza qoymağa və sizi ruhdan salmağa çalışırlar. Bu cür fikirlər yalnız sizi məhdudlaşdırır. 

Ola bilsin ki, çox uğurlu və ya çox xoşbəxt olacağınız işi hələ başlamamış bitirmisiniz. Bəziləri üçün bu narahatlıq o dərəcədə inkişaf edir ki, onlar xəyal qurmağı dayandırır, öz həyatlarını və özlərini unudurlar. Bunun sonunda uğursuz, bədbəxt, sağlam olmayan, məqsədsiz, özgüvənsiz həyatlar ortaya çıxır.

Unutmayın, bu sizin həyatınızdır və bu həyatı bir dəfə yaşamaq şansınız var. Beləliklə, mahiyyətinizə qayıdın, sizi nə xoşbəxt edir, xəyallarınız nədir, nə etməyi sevirsiniz, harada yaşamaq istəyirsiniz, hansı həyat tərzini sevirsiniz, bunlara diqqət yetirin və sonra ona çatmaq üçün səy göstərin. 

"İstədiyiniz kimi yaşamağ"ı həyatınızın məqsədi edin. "Camaat nə deyər" fikrindən qurtulun, özünüzə hördüyünüz bu həbsxananın divarlarını yıxın artıq. 

Ümumiyyətlə, insanlar mənfi danışmağı xoşlayırlar, kimisə, nəyisə tənqid etmək də onlara çox asan gəlir. Bir fikriniz var, onu paylaşanda "bu gülüncdür", "vaxtını itirmə" kimi saysız-hesabsız mənfi şərhlərlə qarşılaşa bilərsiniz. İstədiyiniz bu qayğılar ucbatından kim bilir neçənizin xəyalları hələ başlamadan içinizdə qalıb. 

Qəbul etdiyiniz qərarların nəticələri yalnız sizə təsir edir. Odur ki, zəncirləri qırın, "başqaları nə deyəcək" düşüncəsindən çıxın və həyatınızın məsuliyyətlərini pisi və yaxşısı ilə öhdənizə götürün. 

Mənbə: milliyet.com.tr

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et