Hansi Flikin rəhbərlik etdiyi “Barselona” 2025-ci ildə keçirdiyi bütün LaLiqa oyunlarında qol vuraraq klub tarixinə düşüb. Komanda təqvim ili ərzində qol vurduğu hər oyunla 1943-cü ildə Joan Josep Noguésin rəhbərlik etdiyi komandanın rekordunu təkrarlayıb.

82 ildən sonra təkrarlanan uğur
1943-cü ildə “Barselona” LaLiqada 25 oyun keçirib, onlardan 15-ni qazanıb, 7-də heç-heçə edib və cəmi 3-də məğlub olub. Həmin dövrdə 84 qol vuran komanda çempionluğa çatmasa da, möhtəşəm hücum xətti ilə yadda qalıb.
2025-ci ildə isə “Barselona” 37 LaLiqa oyununda qol vurmağa nail olub. Komanda bu görüşlərin 31-də qalib gəlib, 3-də heç-heçə edib və 3 dəfə uduzub. Ümumilikdə 102 qol vuran komanda cəmi 37 qol buraxıb.
Çempionluq və liderlik ili
Bu statistik göstəricilərdən əlavə, 2025-ci il “Barselona” üçün uğurlarla yadda qalıb. Komanda 2024/25 mövsümündə LaLiqa çempionu olub və 2025-ci ilin sonunda da turnir cədvəlinin lideridir.
Bu il həm idman nəticələri, həm də tarixi nailiyyət baxımından “Barselona” üçün unudulmaz il kimi klubun salnaməsinə düşüb.
Mənbə: FC BARCELONA
Tərcümə etdi: Nazim Xeyrxəbərli
