Bu gün:

Qatil tırtılın xüsusiyyəti nədir?


Təbiətdə elə hadisələr baş verir ki, bütün bildiklərimiz ya yanlış, ya da əhəmiyyətsiz olur. Bəzən haqqında pozitiv düşündüyümüz canlı orqanizmlər belə kiçik sürprizlər edə bilər.  



Bu kiçik görünüşə aldanmayın, kostyumun altında bir canavar var. Qatil tırtıl Braziliyanın cənubundakı meşələrdə və ağaclarda gizlənən bir canlı növüdür. Bu tırtılın buraxdığı zəhər qırmızı qan hüceyrələrini öldürür, orqan və toxumaların zədələnməsinə, eyni zamanda, bütün bədəndə daxili qanaxmalara səbəb olur. Təcili müdaxilə olmasa, ölüm qaçılmazdır. Bu kiçik tırtıl indiyədək 500 ölümə səbəb olub. Bu ifrat ölümlərə çarə olaraq Braziliya hökuməti təcili antidot istehsalına müraciət edib və bir neçə həftə əvvəl antidot hazırlanıb.

Mənbə: İlginç Bilgiler (Telegram)

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et