II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində bir sıra əməkdaşlıq sazişləri imzalanıb.

24media.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “GAMA Enerji” şirkəti arasında, həmçinin “Büyükfırat” MMC ilə “Les Benjamins” Tekstil Ticarət Anonim Şirkəti arasında razılaşmalar əldə olunub.
SOCAR ilə “GAMA Enerji” arasında imzalanan sazişə SOCAR-ın prezidenti Rövşən Nəcəf və “GAMA Enerji” şirkətinin İdarə Heyətinin sədri Ahmet Hakan Özman imza atıblar. Ardınca “Büyükfırat” və “Les Benjamins” şirkətləri arasında sənəd “Büyükfırat” şirkətinin baş icraçı direktoru Məhəmməd Ali Büyükfırat və “Les Benjamins”in təsisçisi və direktoru Bünyamın Aydın tərəfindən imzalanıb.
Fatimə Hüseynova
