Hakim Yeqor Yeqorov rüşvət aldığını etiraf edib.
Bu barədə jurnalist İvan Karpov özünün Telegram kanalında məlumat verib.

Yeqorov "Torpedo Moskva"nın baş direktoru Valeri Skorodumovdan 1,5 milyon rubl aldığını iddia edib. Bunun müqabilində o, bu ilin mart ayında Birinci Liqada "Torpedo"-nun "Arsenal Tula" ilə oyununun nəticəsinə təsir etməli idi. "Torpedo" 1-0 hesabı ilə qalib gəldi, lakin hakim onun oyuna heç bir təsiri olmadığını iddia edir.
Karpovun sözlərinə görə, Yeqorov girov müqabilində azadlığa buraxılıb. Hakimin hansı cəza ilə üzləşəcəyi dəqiqləşdirilməyib.
Dekabrın 19-da Yeqorovun xaricə uçmağa cəhd edərkən saxlanıldığı bildirilib. Maraqlıdır ki, bundan əvvəl "Torpedo"-nun həmtəsisçisi Leonid Sobolev və Valeri Skorodumov hakimə bir milyon rubldan çox rüşvət verməkdə ittiham olunmuşdular .
Mənbə: Lenta.ru
Tərcümə etdi: Zeynəb Şahmarova
