Azərbaycanın xüsusi iqtisadi zonalarında biznes fəaliyyəti üçün əlverişli mühit formalaşdırılıb və xarici investorlar üçün geniş imkanlar yaradılıb. Bu zonalar iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

24media.az, AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı bildirib. O, xüsusilə Ələt Azad İqtisadi Zonasını vurğulayaraq, bir sıra Türkiyə şirkətlərinin artıq bu ərazidə fəaliyyət göstərdiyini və yeni investisiyalar üçün yaxşı perspektivlərin mövcud olduğunu qeyd edib.
Baş nazir, həmçinin Azərbaycan və Türkiyənin birgə iştirak etdiyi qlobal layihələrin ticarət əlaqələrinin inkişafına töhfə verdiyini deyib. Onun sözlərinə görə, Orta Dəhlizin əhəmiyyəti artmaqdadır və son üç ildə bu marşrut üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz yüksəlib.
Arzu Qafarova
