Bu gün:

Hansi Flikin yerinə yetən vədi


Stamford Bridgedəki ağır məğlubiyyətdən sonra Flickin sözləri reallığa çevrilib. 25 noyabrda Çempionlar Liqasının qrup mərhələsində Stamford Bridgedə “Çelsi”yə qarşı 3:0 hesablı məğlubiyyət “Barselona” üçün mövsümün dönüş nöqtəsi olub. Oyundan sonra mətbuat konfransında baş məşqçi Hansi Flik səsləndirdiyi fikirlərlə gələcək uğurların xəbərini verib.

Alman mütəxəssis belə deyibi: “Tamamilə fərqli bir Barselona görəcəksiniz. Bunu sizə vəd edirəm. Mən məşqlərdə olan keyfiyyəti və intensivliyi görürəm və bu, altı həftə əvvəlkindən tam fərqlidir. Zədədən dönən futbolçular da səviyyəni artırıblar və gələcəklə bağlı çox müsbət düşünürəm”.

O gündən sonra “Barselona” ardıcıl yeddi oyunda qalib gəlib. Bütün bu nəticələr Flikin Stamford Bridgedə verdiyi vədin reallaşdığını göstərir.

Mənbə: FC Barcelona 

Tərcümə etdi: Nazim Xeyrxəbərli 

Paylaş
Şərh əlavə et