Bu gün:

Mbappé il ərzində 59 qolla Ronaldo rekorduna çatıb


Real Madrid-in ulduz hücumçusu Kilian Mbappé 2025-ci ili rekordla başa vurub. O, Sevilya ilə oyunda vurduğu qolla bu il Madrid klubunun heyətində 59-cu qoluna imza atıb və bununla da Kriştiano Ronaldonun 2013-cü ildə əldə etdiyi klubun təqvim ili üzrə qol rekorduna çatıb.

Fransalı forvard bu nəticəni 58 oyuna əldə edib. Bu matçlarda 11 dubl, 4 het-trik və bir dəfə dörd qol vurub. Qolların 30-u 2024/25 mövsümünün ikinci yarısında gəlib. Mövsüm ərzində Mbappé La Liqada 18, Çempionlar Liqasında isə 9 qolla bombardirlər siyahısına başçılıq edir. Kral Kubokunda isə 2 qolu var. Ümumi qol sayı 29-dur.

Oyundan sonra Mbappé fikirlərini belə bölüşüb: “Ad günüm olduğu üçün bu gün mənim üçün xüsusi gündür. Uşaqlıqdan bəri arzum idi ki, ad günümə təsadüf edən oyunda peşəkar səviyyədə iştirak edim və bu da Real Madrid-də baş verdi. Bu qələbə bizim üçün çox vacib idi, ili yaxşı nəticə ilə başa vurmaq istəyirdik”.


Mənbə: Real Madrid TV

Tərcümə etdi: Mələk Nəsirli


Paylaş