FİFA bu il üçün yekun reytinq cədvəlini bu gün- 22 dekabr tarixində dərc edib.

2025-ci ildə baş məşqçi Valeri Karpinin rəhbərlik etdiyi Rusiya milli komandası 10 yoldaşlıq oyunu keçirib, 6-da qalib gəlib, 3-də heç-heçə edib və Çili millisinə məğlub olub.
Xatırladaq ki, Rusiya milli komandaları və klubları 28 fevral 2022-ci il tarixindən etibarən qeyri-müəyyən müddətə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) və FİFA-nın himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırılıb.
Cədvələ İspaniya millisi başçılıq edir. Argentina və Fransa milli komandaları da ilk üçlükdədir.
Mənbə: Чемпионат
Tərcümə etdi: Zeynəb Şahmarova
