Bu gün:

Əvvəllər insanların sərinləmək üçün istifadə etdiyi metodlar


21-ci əsrdə sərinləşməyin yolları asan olsa da, eyni şey əvvəlki dövrlər üçün keçərli deyildi. Bəs əvvəllər insanlar sərinləmək üçün nə edirdilər?

1.Hava kresloları

Filadelfiyada yerləşən musiqi aləti istehsalçısı Con Kram 1780-ci illərdə dahiyanə, lakin çətin bir soyutma cihazı icad etdi. Bu müddətdə o, çoxlu müştəri qazandı. Corc Vaşinqton hətta birini alıb Vernon dağına göndərdi. Bu cihazdan istifadə etmək üçün insanlar ayaqları ilə ventilyatoru başlarının üstündə işlədirdilər. Texniki cəhətdən bu, tikiş maşını işlətməyə bənzəyir. Benjamin Franklinin də onu bu cihazdan aldığı deyilir.

2. Çətirlər

Kondisioner ixtira edilməzdən əvvəl məşhur binaların fotolarına baxdığınız zaman dərhal diqqətinizi çəkəcəyiniz şeylərdən biri də demək olar ki, hər pəncərədə çətirlərin olmasıdır. Qədim dövrlərdən bəri çətirlər günəşin istisini uzaqlaşdırmaqda mühüm rol oynayıb. XIX əsrin ikinci yarısında yeni rənglər və naxışlar kətan çətirlərini sadəcə bir zərurət deyil, həm də evin vacib dekorativ elementi etdi.

3. Punkah (Tavan ventilyatoru)

Əl ilə idarə olunan tavan ventilyatorlarının mənşəyi Hindistandadır. Bu sistemdə minlərlə kasıb mövsümi işçi ip çəkərək parçanı otaqda irəli-geri hərəkət etdirərək varlıların sərinləşməsinə şərait yaradır. Əvvəlki Cənubi Amerikada da bu işi əsarət altına alan gənclər edirdilər.

Mənbə: Onedio

Tərcümə etdi: Namiq Atamalıyev

Paylaş
Şərh əlavə et