Bu gün:

Azərbaycan–İndoneziya dövlət xidmətləri üzrə simpozium


Azərbaycan və İndoneziya arasında dövlət xidmətləri sahəsində əməkdaşlıq çərçivəsində onlayn simpozium təşkil olunub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Simpozium Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində reallaşıb.

Tədbirdə dövlət xidmətlərində innovativ yanaşmalar, “ASAN xidmət” modelinin tətbiqi, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub, hər iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et