"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone adı "Fənərbaxça" ilə hallanan Aleksannder Sörlot haqqında danışıb.
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Jirone" ilə səfər oyununda 3:0 qələbədən sonra Sörlotla bağlı açıqlama verib.
"O, bizim üçün vacib oyunçudur. Son vaxtlar bəlkə də özünü daha önəmli hiss edib. Bu, açıq-aydın görünür. Qaçıb, mübarizə aparıb. Qrizmann və Raspadoridən fərqli işlər görüb",
Jirona ilə oyunda start heyətində meydana çıxan Sörlot 83-cü dəqiqədə əvəzlənərək oyundan çıxıb.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
