Bu gün:

Mbappe "Real Madrid"də bir ildə vurulan qolların sayına görə Ronaldonun rekordunu təkrarlayıb


Kilian Mbappe portuqaliyalı futbolçu Kriştiano Ronaldonun "Real Madrid"də bir ildə vurduğu qolların sayına çatıb.  Mbappe İspaniya çempionatında "Sevilya" üzərində evdə 2-0 hesablı qələbə qazandıqları oyunda qol vurub. Fransız hücumçusu 2025-ci ildə 59-cu qolunu vurub. Ronaldo da eyni göstəriciyə 2013-cü ildə çatıb.

20 dekabrda 27 yaşına qədəm qoyan hücumçu 2024-cü ildə  "Real Madrid" ilə pulsuz transfer müqaviləsi imzalayıb. Mbappe 2018-ci ildən 2024-cü ilə qədər PSJ-də oynayıb və klubun bütün zamanların ən çox qol vuran oyunçusudur. Komanda ilə 5 Fransa çempionluğu, 3 Fransa Kuboku və Super Kuboku, 2 Liqa Kuboku qazanıb. Fransa milli komandası ilə Mbappe 2018-ci ildə Rusiyada keçirilən Dünya Kubokunu və 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.


Mənbə: Тасс.ру

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et