Bu gün:

“Nyukasl” iki top üstünlüyünü əldən verib


İngiltərə Premyer Liqasının şənbə günü keçirilən oyununda “Nyukasl Yunayted” doğma meydanda “Çelsi” ilə 2:2 hesablı heç-heçəyə razılaşıb. Matç yüksək temp və dramatik anlarla yadda qalıb.

Görüşün ilk 20 dəqiqəsində Nik Voltemadenin vurduğu iki qol “Nyukasl”-a böyük üstünlük qazandırsa da, meydan sahibləri növbəti dəfə hesabdakı üstünlüyü qoruya bilməyiblər. İkinci hissədə oyunda canlanan “Çelsi” Riş Ceymsin cərimə zərbəsindən vurduğu qol və Joao Pedronun dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.

Bu nəticə ilə “Çelsi” turnir cədvəlində 29 xalla 4-cü pillədə qərarlaşıb. Müdafiədəki problemlərini hələ də həll edə bilməyən “Nyukasl” isə 23 xalla 11-ci yerdə qalıb. Eddi Haunun komandası ardıcıl 10 Premyer Liqa oyununda qapısını toxunulmaz saxlaya bilməyib.

Oyundan sonra “Çelsi”nin kapitanı Riş Ceyms fikirlərini bölüşüb:

“Bu, açıq-aşkar iki hissədən ibarət oyun idi. İlk hissədə demək olar ki, bütün komponentlərdə bizdən üstün idilər. İkinci hissədə isə bəzi məqamları analiz edib dəyişiklik etdik. Fasilədən sonra sürətli başladıq və oyun qısa zamanda bizim xeyrimizə dəyişdi”.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli



Paylaş
Şərh əlavə et