Məlumata görə, dekabrın 19-na keçən gecə saat 01:00 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı ilə Böyük Kəsik stansiyasına 22 vaqonda daşınan ümumilikdə 1220 ton Aİ-95 markalı avtomobil benzini çatdırılıb.
24media.az bildirir ki, yanacaq təxminən 4 saat sonra Gürcüstan istiqamətində yola salınıb. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılıb.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı ilə bağlı razılaşma noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında keçirilən görüş zamanı əldə olunub.
Bildirilir ki, bu ixrac prosesi sırf kommersiya xarakteri daşıyır və benzin beynəlxalq bazar qiymətlərinə uyğun şəkildə satılacaq.
Aytac Musayeva
