Bir vaxtlar "Fənərbaxça" formasını geyinən Enner Valensiya idman nailiyyətlərinə görə vətəni Ekvadorda “Şərəf Nişanı”na layiq görülüb. 
Ekvador Milli Komandasının tarixində vurduğu 48 qolla ən çox qol vuran futbolçu olan 36 yaşlı hücumçu ölkə futboluna verdiyi töhfələrə görə yüksək fəxri mükafatla təltif olunub.
Valensiya 2022–2023 mövsümündə "Fənərbaxça" forması ilə 29 qol vuraraq mövsümün bombardiri, yəni ən çox qol vuran oyunçusu olub. Təcrübəli hücumçu hazırda Meksikanın “Paçuka” klubunda çıxış edir.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
