Cari ilin yanvar–noyabr ayları ərzində Avropa İttifaqına üzv ölkələrin boru kəmərləri vasitəsilə idxal etdiyi təbii qazın həcmi 130 milyard kubmetrə çatıb.
24media.az xəbər verir ki, bu məlumat Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) açıqladığı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, göstərilən həcm ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır.
Təkcə noyabr ayında Aİ ölkələri boru kəmərləri ilə 12,1 milyard kubmetr təbii qaz idxal edib. Bu göstərici oktyabr ayı ilə müqayisədə 2 faiz, ötən ilin noyabrı ilə müqayisədə isə 10 faiz geriləmə deməkdir.
Eyni zamanda ötən ay Avropa bazarında təbii qazın qiyməti aylıq hesabla 5 faiz, illik müqayisədə isə 25 faiz aşağı düşüb.
Məlumata görə, noyabr ayında Avropa İttifaqında təbii qaz istehlakı da azalıb. Belə ki, illik müqayisədə 2,6 faiz geriləyərək 33,8 milyard kubmetr səviyyəsində qeydə alınıb.
Fatimə Hüseynova
