Bu gün:

Bakı–Ağstafa istiqamətində müvəqqəti əlavə qatar reysləri təyin edilib


Artan sərnişin axınını nəzərə alan “Azərbaycan Dəmir Yolları” QSC 26–29 dekabr tarixlərini əhatə edən dövrdə Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu addım bayram günləri ərəfəsində bölgələrə səfər edən vətəndaşların rahatlığının təmin olunmasına xidmət edir.

24media.az, APA-Economics-ə istinadən xəbər verir ki, əlavə reyslərlə yanaşı, sərnişinlər üçün gündəlik Bakı–Qazax–Bakı marşrutu da fəaliyyətini davam etdirir. Qeyd olunur ki, bu marşrut bölgələr arasında nəqliyyat əlçatanlığını daha da artırır.

Sərnişinlər qatar biletlərini ənənəvi dəmiryol kassalarından, ADY-nin rəsmi internet səhifəsindən, eləcə də “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə edə bilərlər. ADY sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və biletləri vaxtında almağı tövsiyə edir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et