Bu gün:

Banan qabığının faydaları


Adətən, atılan banan qabığının tərkibində olan B qrupu vitaminləri, dəmir, K vitamini, kalium və C vitamini dəri xəstəliklərinə, xüsusilə, faydalıdır. Banan qabığının bilinməyən faydaları son vaxtlar insanlar tərəfindən daha tez-tez araşdırılmağa başlanıb.

Banan qabığının faydaları

1. Banan qabığı dəri üçün faydalıdır. Sızanaq, dəri ləkələrinin sağalma proseslərini sürətləndirir.

2. Banan qabığı ağrıkəsici xüsusiyyətlərə malikdir. Bitki mənşəli ağrıkəsici kimi də tanınır. Odur ki, banan qabığını ağrıyan diz nahiyəsinə masaj etdiyiniz zaman ağrılarınıza yaxşı gəldiyini görə bilərsiniz.

Banan qabığının bitkilər üçün faydaları:

1. Banan qabığının tərkibindəki kalium bitkilərin ömrünü uzadır.

2. Bitkilərdən həşəratlar və digər zərərli orqanizmlər çıxarılır.

3. Bitkilər daha çox fotosintez edir.

4. Son illərdə banan qabığı ilə gübrə istehsalı da artıb. Banan qabığından gübrə tətbiqi olduqca sadədir. Bunun üçün bananları yemək prosessorunda üyüdə bilərsiniz, prosessorunuz yoxdursa, kiçik parçalara ayıra bilərsiniz. Bu bananları birbaşa torpağa tökə bilərsiniz. Ancaq banan qabığına qarşı allergiyanız varsa, bu tətbiqi edərkən mütləq əlcəkdən istifadə etməlisiniz. Əks halda, dərinizdə arzuolunmaz yan təsirlər yarana bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et