“Real Madrid” Kral Kubokunda 1/8 finala vəsiqəni təmin etdikdən sonra 2025-ci ilin son oyununda “Sevilya” ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarına başlayıb. Oyun şənbə günü “Santyaqo Bernabeu” stadionunda, saat 21:00-da (CET) baş tutacaq.

“Talavera” ilə oyunda start heyətində meydana çıxan futbolçular Federiko Valverde və Cud Bellinqemlə birlikdə bərpa xarakterli məşqlərini qapalı məkanda keçiriblər. Komandanın digər üzvləri isə əvvəlcə zalda və meydançada isinmə hərəkətləri edib, daha sonra ötürmə çalışmaları, rondolar və hücumların qurulması üzərində işləyiblər. Məşq prosesi kiçik ölçülü meydançalarda oyunlarla yekunlaşıb. David Alaba, Ferlan Mendi və Eduardo Kamavinqa isə məşqin bir hissəsində komanda ilə birgə hazırlaşıblar.
Mənbə: Realmadrid.com
Tərcümə etdi: Mələk Nəsirli
