Bu gün:

Unudulmaz bir yay üçün ediləcəklər


Əyləncə parkında rəngarəng bir gün keçirin. Uşaqlığımızın ən rəngli xatirələrini yenidən yaşamağa nə deyirsiniz? Sizə lazım olan tək şey sizinlə əylənmək üçün bir neçə dostunuzu  bir araya toplayın.

Yaydan həzz alın. Dadmadığınız dondurmanı qalmasın.

Düşərgələrə gedin.

Qışın stresini atmaq üçün dostlarınızla təbiət qoynunda əylənməkdən daha xoş nə ola bilər? Gecə üzgüçülük təcrübəsini də mütləq yaşamalısınız.

Yeni reseptlər öyrənin.

Yayda evdə öz buzlu çayınızı və dadlı buzlu kofenizi hazırlayın. Əminik ki, özünüz üçün ən uyğun dadı tapacaqsınız.

Yeni yerləri kəşf edin. Macərasız yay nə olardı? Bu yay büdcənizə uyğun olaraq ən xoş səyahət planını tərtib edərək, yeni yerləri kəşf edin. 

Fərqli makiyajınızla yayın rəngi olun. İstər çimərlikdə, istərsə də festivalda rəngli makiyajınız və dırnaqlarınızla unudulmaz məkanlar arasında yerinizi alın. Unutmayın, qışın mühafizəkarlığına baxmayaraq, yay fərqlilikləri ilə gəlir.

Modanı başdan yaradın. Nə geyinəcəyinizə yalnız siz qərar verə bilərsiniz. Bəs siz nə geyinəcəksiniz? Yayda rəngarəng paltarlar və dəbli köynəklər tikə bilsəniz əla olar. 

Piknik səbəti hazırlayın. Bəli, piknik edin. Piknik səbətinizi sərin meyvələrlə doldurmağı unutmayın.

Bəzi şeyləri geridə buraxın. Məsələn, keçmişdəki dərdləriniz, qayğılarınız, depressiyalarınız... Yay təzəlik, daha güclü olmaq deməkdir.

Dəniz, qum və günəşdən həzz alın. Bütün qışı bu günlərin gəlməsini gözləmədikmi? Onda başlayaq!

Yayın ən yaxşı vaxtlarından layiq olduğunuz kimi istifadə edin.

Mənbə: Onedio

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et