Netflix 2026-cı ildə ABŞ-da keçiriləcək FIFA Dünya Çempionatından əvvəl futbol simulyasiya oyununu oyun portfelinə daxil edəcəyini açıqlayıb. Bu addım şirkətin videooyun sahəsindəki fəaliyyətini gücləndirmək məqsədi daşıyır.

Yeni futbol oyunu Delphi Interactive tərəfindən hazırlanacaq və yayımlanacaq. Bu studiya eyni zamanda "007 First Light" adlı yeni James Bond oyunu üzərində də işləyir. Layihə FIFA ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Netflix bildirib ki, oyun dünyanın ən çox izlənilən idman tədbiri olan Dünya Çempionatına qədər istifadəyə veriləcək.
Bundan əlavə, şirkət "Warner Bros Discovery"-yə məxsus 72 milyard dollar dəyərində bir neçə oyun studiyasını almaqda əsas namizəd sayılır.
"Netflix"-in oyun sektoruna yönəlik böyük sərmayələri, rəhbərlik və strategiya dəyişikliklərinə baxmayaraq, hələlik tam uğurlu nəticə verməyib. Şirkət əsasən partiya oyunlarına və "GTA: San Andreas" və "Red Dead Redemption" kimi məşhur oyunlara üstünlük verir.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
