Bu gün:

Rəsmə yeni başlayanlara tövsiyələr


Rəsm çəkmək əyləncəli olduğu qədər də qayğı tələb edən xoş bir hobbidir. Müəyyən iş prinsipləri var. Bu da ciddi nizam-intizam tələb edir. Bütün bunlara əlavə olaraq, sevgi ilə görüləcək bir işdir. Əvvəlcə, bu fəaliyyətə adi ağ rəsm kağızı və yumşaq uclu qara qələmlə başlaya bilərsiniz və zaman keçdikcə irəliləyə bilərsiniz. Siz, hətta hobbi olmaqdan bir addım da irəli gedə və gəlir əldə etmək üçün onu daha da inkişaf etdirə bilərsiniz.

Qələm əsas rəsm materialıdır. Bərk qara uclu qələm və ağ kağız kifayətdir. Rəssamlığa yeni başlayanların məşq etməli olduğu işıq, kölgə və kompozisiya texnikaları qara qələm ilə asanlıqla edilə bilər. Əgər siz rəsm çəkməyə yeni başlamısınızsa, portret çəkməyə tələsməməyi məsləhət görürük. Ətrafınızda gördüyünüz cisimləri bütün cizgiləri ilə beyninizə köçürə bilmək rəngləmək üçün son dərəcə əhəmiyyətlidir. Ən yaxşısı addım-addım baxaraq, təxəyyülünüzdən istifadə edərək, vizual yaddaşda olanı rəngləmək və görünən reallığı son təxəyyüllə dərk etdiyimiz kimi çəkə bilməkdir. Bunun üçün uğurlu və məşhur rəssamların əsərlərini araşdırmaq faydalı olacaq. Boş vaxtlarınızda müxtəlif texnikalara yiyələnmiş bu rəssamların əsərlərinə baxa bilərsiniz. İnternet bu mərhələdə sizin üçün əvəzsiz nemət olacaq. 

Gözəl bir şəkil çəkmək üçün, ilk növbədə, səbir edin və iş intizamı yaradın. Təbii ki, ilk çəkdiyiniz şəkillər mükəmməl olmayacaq. Səbriniz yoxdursa, bu şəkillər mükəmməl olmayacaq, bu da sizi ruhdan salacaq və təslim olmanıza səbəb olacaq. Bəzən obyekti düzgün çəkmək üçün dəfələrlə cəhd etmək lazım gələ bilər. Hər bir səhv rəsm sizi ruhdan salmaqdansa, yeni bir şey kəşf etməyə məcbur etməlidir. Yorulmadan yeni rəsmlər çəkə və səhvlərinizi düzəldə bilərsiniz. Hətta ilk rəsminizi sonuncu ilə müqayisə edə və səhvlərinizi görə bilərsiniz. Səbirli olmaqdan əlavə, intizamlı iş prinsipinə sahib olmalısınız. İşlə müntəzəm məşğul olmaq özünüzü təkmilləşdirməyə imkan verəcək.

Yeni başlayanlar üçün rəsm çəkmək bir qədər baha başa gəlsə də, keyfiyyətli yağlı boya, həm də rəsmin keyfiyyətini artırır. Yağlı boya ilə çəkərkən diqqət etməli olduğunuz bəzi məqamlar var. Zövqlü və peşəkar iş üçün keyfiyyətli palitra, lazımi qalınlıqda fırça və yaxşı boyalardan istifadə edilməlidir. Rəsm bitdikdən sonra lak tətbiq olunur. Fırça seçiminə çəkəcəyiniz rəsmin ölçüsü, iş tərzi və keyfiyyəti təsir edir. Böyük toxunuşlar üçün böyük fırçalar lazımdır, kiçik detallar isə nazik fırçalarla hazırlanır. Bütün bunlara əlavə olaraq, süngər, boya çiləyiciləri və boya spatulası kimi xüsusi avadanlıqlar da istifadə olunur. 

Rəssamlığa yeni başlayanlar da bu mövzuda təhsil almadan rəssamların tövsiyələrinə əməl edərək uğurlu işlər görə bilərlər. Peşəkar rəssamlar işlərini və texnikalarını bir çox platformalarda paylaşırlar. Tədqiqatları araşdırsanız və tövsiyələrə uyğun hərəkət etsəniz, yaxşı nəticə əldə edərsiniz.

Mənbə: wamhobby.com

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et