Bu gün:

Mavi rəngin mənası nədir?


Mavi etimad və məsuliyyəti təmsil edən rəngdir. Mavi səmimi, sakit və dürüst insanların bəyəndiyi rəng kimi tanınır. Ən məşhur rənglərdən biri olan mavi insanlarda güvən hissi yaradır. Mavi rəngi sevən insanlar hər şeyi öz qaydasında idarə etməyi üstün tuturlar və məsələlərdə heç kimlə məsləhətləşməyi sevmirlər. Bu rəngi sevən insanların bütün məsələlərdə səbirli və möhkəm olduqları da məlumdur. Həyatında dinclik, sakitlik istəyən insanların mavi rəngi daha çox sevdiyi görülüb. Bu səbəbdən mavi rəng sakitlik, güvən, sükut, sülh və səbir mənalarını verir. 

Tələbələrə mavi rəngdə yazmaq, mavi rəngdə oxumaq tövsiyə olunur. Çünki mavi qələmlə yazılan yazılar yaddaşlarda daha qalıcıdır. Mavi rəng insanlarla asanlıqla ünsiyyət qurmaq və duyğuları balanslaşdırmaq üçün istifadə olunur, çünki mavi düşüncələri aktivləşdirmək üçün enerjiyə malikdir. Eyni zamanda, mavi rəng sakitləşdirici enerjiyə malik olduğundan insanların əsəbi və gərgin günlərində həmin rəngin enerjisindən istifadə etmələri tövsiyə olunur. 

Mavi rəngin enerjisi insanlara uğur, harmoniya, ünsiyyət qabiliyyəti və istirahət verir. Bu səbəbdən bu hissləri duymaq istəyən insanların həyatlarında mavi rəngə daha çox yer vermələri tövsiyə edilir. Özünü təhlükəsiz hiss etmək istəyənlərin əksəriyyəti dəniz kənarına üz tutur və ya səmaya baxmağa üstünlük verir. Mavi rəngin insanlara güvən təsiri hər kəs tərəfindən bilinir.

Mənbə: Posta.com.tr

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et