Bu gün:

Dərslərdə necə uğurlu olmaq olar?


Bir çox tələbələr dərslərdə kifayət qədər uğurlu olmadıqlarından şikayətlənirlər. Uğur və ya uğursuzluq insanın intellekt səviyyəsi ilə deyil, iradəsi ilə bağlıdır. Beləliklə, əgər siz uğur qazana bilməyəcəyinizi düşünürsünüzsə, heç vaxt uğur qazanmayacağınıza inanırsınızsa, səhv etdiyinizi bilməlisiniz. Hər zaman özünə inanmaq və güvənmək dərslərdə uğur qazanmağın yollarından biridir. Özünüzə inandıqdan sonra uğur qazanmaq üçün lazımi addımları atmalısınız. 

İnsanlardan "Dərslərdə uğur qazanmağın sirri nədir?" soruşulduqda əksəriyyəti "Çox çalışmaq, gecə-gündüz kitab oxumaq" kimi cavablar verəcək. Əslində, insan, ilk növbədə, özünə inanmalıdır. Özünüzə inandıqdan, güvəndikdən və inkişaf edə biləcəyinizi anladıqdan sonra dərslərdə daha uğurlu olmaq üçün aşağıdakı yollara əməl edə bilərsiniz:

Kifayət qədər yuxu almalı və hər səhər müntəzəm səhər yeməyi yeməlisiniz.

Mühazirəni fəal şəkildə dinləyərkən siz qeydlər apara, şəkilləri nəzərdən keçirə və ilişib qaldığınız məqamlarla bağlı suallar verə bilərsiniz.

Tənəffüs zamanı dostlarınızla istədiyiniz kimi vaxt keçirə bilərsiniz, ancaq zəng çalınca diqqətinizi pozacaq dostlarınızdan uzaq durmalısınız.

Fasilələr sualları həll etmək üçün deyil, dincəlmək və ictimailəşmək üçündür. Siz də evə çatan kimi dərsə başlamaq əvəzinə, özünüzə istirahət etmək üçün bir neçə saat ayıra bilərsiniz.

Siz dərsləri təkrar etməlisiniz. Unutmayın ki, beyniniz təkrar etmədiyiniz məlumatı qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa köçürməkdə çətinlik çəkir.

Məktəb dərslərində müvəffəqiyyətli olmaq üçün bilmədiklərinizi ətraflı şəkildə müəyyənləşdirməlisiniz. Bunun yolu çoxlu sualları həll etməkdir. Daha çox sualı həll etmək üçün hədəflərinizə uyğun mənbələrdən dəstək ala bilərsiniz.

Uzanmış vəziyyətdə və ya səs-küylü mühitdə dərs oxumaq konsentrasiyanı pozur. İşinizi masa arxasında və çox sakit bir mühitdə davam etdirə bilərsiniz.

Siz planlı və proqramlı olmalısınız.

Özünüz üçün ən ideal proqramı hazırlamalısınız.

Siz səliqəli olmalısınız.

İş masanız həmişə səliqəli görünməlidir. Sıxlıq və qarışıqlıq diqqətinizi yayındıra bilər.

Mənbə: Eğitim.com

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et