“Beşiktaş” Trendyol Süper Liqanın 17-ci turunda “Çaykur Rizespor”la keçiriləcək qarşılaşma üçün hazırlıqlara bir günlük fasilədən sonra bu səhər BJK Nevzat Demir Tesislərində başlanan məşqlə start verib.

Mətbuata qapalı keçirilən məşq təxminən 1 saat 15 dəqiqə davam edib. Məşq proqramına fiziki hazırlıq və taktiki tapşırıqlar daxil olub. İsinmə qaçışları və ötürmə təcrübələri ilə başlayan məşq dar sahədə oynanan ikitərəfli oyunlarla yekunlaşıb.
Mənbə: Bjk.com.tr
Tərcümə etdi: Mələk Nəsirli
