Bu gün:

Yuxuda qoz görməyin mənası nədir?


Qoz həm fərdi qəbul kimi, həm də müxtəlif qidalarda istifadə üçün gündəlik həyatımızda mühüm yer tutur. Sağlamlıq üçün ən vacib qida mənbələrindən biridir. Daşıdığı müxtəlif mənalar ilə insanların yuxularında dəfələrlə yer alır.

Yuxuda qoz yığmaq nə deməkdir?

Yuxuda qoz yığmaq yuxu görənin parlaq və uğurlu bir həyat sürəcəyinə işarədir. Xüsusilə də, bu uğur həm iş həyatında, həm də şəxsi və ictimai həyatında davam edəcək. Heç bir sağlamlıq problemi olmadan xoşbəxt həyat sürəcəyinə işarə edir. Həmçinin yuxu görənə ətrafındakı bəzi təhlükəli insanlara qarşı xəbərdarlıqlar da edir.

Yuxuda qoz ağacı görməyin mənası nədir?

Yuxuda qoz ağacı görmək, ümumiyyətlə, pis insana işarə edir. Xüsusilə, pis niyyətli, xəsis və əsəbi bir şəxsiyyəti təmsil edir. Digər yuxu alimlərinə görə, iş həyatınızda gəlirlərinizin artacağını və yaxşı qazanc əldə edəcəyi barədə də gözləntilər var. Həm müsbət, həm də mənfi kimi xəbərdarlıq keyfiyyətinə malik yuxu kimi də önə çıxır.

Yuxuda başqasının qoz yığdığını görmək

Yuxuda başqasının qoz yığdığını görmək yuxu sahibinin qazancını xeyir işlərə sərf edəcəyinə yozulur. Xüsusilə, köməyə ehtiyacı olan insanlara dəstək olacağına və onların xeyir-duasını alacağına işarədir. Xoşbəxt və dinc həyata qovuşduqca qazancının günü-gündən artacağı da qeyd edilir. 

Yuxuda yaşıl qabıqlı qoz toplamaq

Yuxuda yaşıl qabıqlı qoz yığmaq yuxu görənin başına gələcək mal və mülk qazancından bəhs edir. Bu vəziyyət bir miras ola bilər və ya iş həyatında reallaşacaq layihələrlə meydana gələ bilər. Eyni zamanda, insanın müjdəli xəbər alacağını və müjdəli bir xəbərlə ailəsi ilə xoşbəxt olacağına işarə edir.

Yuxuda yerdən quru qoz yığmaq

Yuxuda yerdən qurudulmuş qoz yığmaq yuxu görən şəxs üçün mühüm miras əldə edəcəyi kimi yozulur. Ancaq bu, mirasa tamah salan bəzi adamların və ya insanların olduğuna dair xəbərdarlıq da var. Yuxu sahibinin gözlənilməz bir yerdən gələcək mirasla bütün problemlərinin öhdəsindən gələcəyinə işarə edilir.

Mənbə: CNNtürk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et