"Konyaspor"-a 4:0 hesabı ilə qalib gələn "Fənərbaxça" bu həftə də məğlubiyyətsiz seriyasını davam etdirməyə müvəffəq olub.

Mövsümə Joze Mourinyonun rəhbərliyi altında başlayan və daha sonra Domeniko Tedeskonun rəhbərliyi altında davam edən sarı-göy komanda 16 həftədə 10 qələbə və 6 heç-heçə əldə edib. Onlar 36 qol vurub və 14 qol buraxıblar.
"Fənərbaxça" Super Liqada məğlubiyyətsiz yeganə komandadır. Və Super Liqanın 17-ci həftəsində 20 dekabr şənbə günü səfərdə "Eyüpspor"la qarşılaşacaq.
Qeyd edək ki, Trendyol Super Liqasında xallarını 36-ya çatdıran Fənərbaxça UEFA Avropa Liqasında da 11 xal toplayıb.
Mənbə: Sabah
Tərcümə etdi: Zeynəb Şahmarova
