Real Madrid prezidenti Florentino Peres klubun media nümayəndələri ilə keçirdiyi ənənəvi Milad görüşündə çıxış edərək, İspaniyada hakimlik sisteminin vəziyyətindən narahat olduqlarını bildirib: “Milad bizə əhəmiyyət verdiyimiz şeylər üzərində düşünmək fürsəti verir. Real Madrid üçün ən böyük narahatlıq İspaniyada hakimliyin vəziyyətidir”.

Görüş Real Madrid Şəhərindəki basketbol pavilyonunda baş tutub. Prezident çıxışında media ilə qurulan uzunmüddətli münasibətlərin əhəmiyyətini də vurğulayıb: “Əməkdaşlığınız və azarkeşlərimizə klubla bağlı xəbərləri çatdırmaq üçün göstərdiyiniz səylərə görə təşəkkür edirəm. Bizim üçün peşəkarlıq, dürüstlük və qarşılıqlı hörmət hər zaman əsas olub”.
Peres həmçinin 2026-cı ilin hər kəsə sağlamlıq, iş və xoşbəxtlik gətirməsini arzulayıb.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
