Bu gün:

Ekitike "Liverpul"da gözləntiləri doğruldur


"Liverpul"un hücumçusu Hüqo Ekitike Premyer Liqadakı karyerasına təsirli bir başlanğıc edib. O, artıq "Liverpul" üçün qollar vurur və sprint statistikası baş məşqçi Arne Slotun onda gördüyü potensialın hələ tam açılmadığını göstərir.

Bu barədə məlumat Sky Sports-un son Premyer Liqa matçlarının əsas hekayələrini əks etdirən "The Debrief" adlı analiz sütununda yer alıb. Məqalə həmçinin Bukayo Sakanın "Arsenal" üçün etdiyi ötürmələri və Nik Woltemadenin "Nyukasl"la matçda yaşadığı çətinlikləri də əhatə edir.

Ekitike "Brayton" üzərində 2-0 hesabı ilə qazanılan qələbədə "Liverpul"un hər iki qolunu vurub. Bu qollarla onun Premyer Liqada mövsüm ərzində vurduğu qolların sayı yeddiyə çatıb. O, yayda "Ayntraxt Frankfurt"dan transfer olunduqdan sonra yalnız Erlinq Halanddan daha çox açıq oyunda qol vuran oyunçudur.

Matçda Mohamed Salahın əvəzedici kimi komandaya təsirli dönüşü diqqət mərkəzində olsa da, Ekitikenin böyüyən təsiri daha çox vurğulanıb. Onun yeddi zərbəsi və cərimə meydançasında topa 12 dəfə toxunması həftəsonu Premyer Liqanın ən yüksək göstəriciləri olub.

Ekitike matçın sonlarında krampla əziyyət çəkib və bu səbəbdən əvəzlənib. Baş məşqçi Arne Slot matçdan sonra bu vəziyyətə toxunaraq bildirib: "Sizə zəmanət verə bilərəm ki, o, mövsümün əvvəlində onu kramp səbəbilə meydandan çıxarmalı olduğum oyunlarda etdiyindən bəlkə də iki dəfə çox iş gördü".

Mənbə: SkySports.com

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et