Bu gün:

Enzo Mareska: “Çelsi”də ən çətin 48 saatımı yaşadım, amma kluba sadiqəm


İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi Enzo Mareskanın iştirakı ilə mətbuat nümayəndələri üçün növbəti brifinq keçirilib. Görüş qarşıdan gələn Liqa Kuboku çərçivəsində “Kardiff”ə qarşı səfər oyunu ərəfəsində təşkil olunub və baş məşqçi Enzo Mareskanın rəhbərliyi ilə baş tutub.

Bu barədə məlumat Böyük Britaniyanın nüfuzlu Sky Sports nəşrində yer alıb. Bildirilib ki, italiyalı mütəxəssis şənbə günü “Everton” üzərində 2:0 hesablı qələbədən sonra səsləndirdiyi və klub daxilində dəstək görmədiyinə işarə edən fikirlərə aydınlıq gətirməkdən imtina edib.

Görüşün əsas hissəsində jurnalistlər Mareskanın açıqlamalarının klub rəhbərliyinə və idman direktorlarına ünvanlanıb-ünvanlanmadığı ilə bağlı suallar versələr də, baş məşqçi bu mövzuda xeyli səbirsiz davranıb və əlavə şərh vermək istəməyib.

Enzo Mareska jurnalistlərə açıqlamasında bildirib:“Bu mövzu ilə bağlı artıq danışmışam və əlavə edəcəyim heç nə yoxdur. Sabah ‘Kardiff’lə oyunumuz var, xahiş edirəm. Düşünürəm ki, kifayət qədər aydın olmuşam".

Tədbir zamanı baş məşqçi bütün diqqətinin qarşıdakı oyuna yönəldiyini vurğulayıb, bununla yanaşı “Çelsi”yə sadiq olduğunu və klubdakı fəaliyyətini davam etdirmək niyyətində olduğunu bir daha qeyd edib. Onun bu mövqeyi İngiltərə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, “Çelsi” Liqa Kubokunun dörddəbir final mərhələsində “Kardiff” klubunun qonağı olacaq. Qarşılaşma Sky Sports televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Mənbə: SkySports.com

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et