Bu gün:

Arteta: “Qələbəyə baxmayaraq müdafiədə zəif idik”


Arsenal baş məşqçisi Mikel Arteta Premyer Liqada Wolverhampton üzərində 2:1 hesablı qələbədən sonra komandasının müdafiədəki zəif oyununu sərt şəkildə tənqid edib. O, oyunçularının “dəhşətli müdafiə vərdişlərinin” hesabın daha fərqli olmasına mane olduğunu bildirib.

Arsenal 70-ci dəqiqədə Wolves qapıçısı Sem Constonun avtoqolu ilə önə keçsə də, 90-cı dəqiqədə Tolu Arokodarenin qolu ilə hesab bərabərləşib. Lakin 94-cü dəqiqədə Yerson Moskera da avtoqol etdi və Arsenal qələbəni təmin edib.

Arteta mətbuat konfransında bildirib: “Qələbə rahatlıq gətirdi, amma hesab daha böyük olmalı idi. Birinci hissədə cərimə meydanında yaratdığımız fürsətləri düzgün dəyərləndirə bilmədik, doğru ötürmələri tapa bilmədik. İkinci hissədə bunu nisbətən yaxşılaşdırdıq, amma müdafiə baxımından təkmilləşməyə ehtiyac var”.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et