Bu gün:

Argentina növbəti il çempionatdan kənarlaşdırıla bilər


Argentina milli komandasının 2026-cı il dünya çempionatından kənarlaşdırılma ehtimalı var.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Argentina Futbol Assosiasiyası (AFA) daxilindəki korrupsiya qalmaqalına görə komandaya qarşı sanksiyalar tətbiq edə bilər. Təşkilatın rəhbəri Klaudio Tapia və onun bir neçə tabeliyində olan şəxs qanunsuz varlanmaqda şübhəli bilinir. Hazırda istintaq aparılır. Həmçinin futbol rəsmilərinə himayədarlıq edən bir neçə Argentina rəsmisinin adı hallanır.

"La Nacion" qəzeti qeyd edir ki, FİFA hökumətin milli futbol federasiyalarının işlərinə müdaxiləsinə son dərəcə mənfi yanaşır. AFA əməkdaşlarına qarşı məhkəmə prosesləri səbəbindən Argentina milli komandası 2026-cı il Dünya Kubokunda iştirak etməkdən kənarlaşdırıla bilər.

Qeyd edək ki, FİFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ , Kanada və Meksikada keçiriləcək. Argentina Əlcəzair, İordaniya və Avstriya ilə bir qrupda yer alır. Argentina hazırkı dünya çempionudur.

Mənbə: Lenta.RU

Tərcümə etdi: Zeynəb Şahmarova

Paylaş
Şərh əlavə et