Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
24media.az bildirir ki, idmançı finalda erməni əsilli Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.
O, bu qələbə ilə Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Qeyd edək ki, dünya çempionatında 50-dən çox ölkədən 400-ə yaxın boksçu mübarizə aparıb. Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medala sahib çıxıblar.
Aytac Musayeva
