Bu gün:

"Liverpul" Premyer Liqada "Everton"la qarşılaşacaq


"Liverpul" futbol klubu İngiltərə Premyer Liqasının gərgin təqvimində növbəti sınaqdan keçəcək. Yuraq Kloppun yetirmələri ilin bitməsinə sayılı günlər qalmış "Mersisayd" derbisində əzəli rəqibləri "Everton"la qarşılaşacaqlar.

Bu barədə məlumat klubun rəsmi saytında və idman mediasında geniş yayılıb. Bildirilib ki, komanda gərgin oyun tempinə baxmayaraq, derbi matçına böyük ruh yüksəkliyi ilə hazırlaşır. Derbinin "Anfild" stadionunda keçiriləcəyi vurğulanıb.

Bu görüş hər iki komanda üçün prinsipial əhəmiyyət daşıyacaq. "Liverpul" liderlik uğrunda mübarizəni davam etdirmək, "Everton" isə çempionatda vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Mütəxəssislər matçın gərgin və dramatik keçəcəyini deyirlər.

"Liverpul"un bu mövsüm göstərdiyi dayanıqlı oyun forması azarkeşlərin derbidən böyük qələbə gözləməsinə səbəb olur. Komandanın hücum xəttindəki sürətli futbolçular rəqib üçün ciddi təhlükə vəd edir.

Matçın nəticəsi Premyer Liqanın turnir cədvəlində ciddi dəyişikliklərə səbəb ola bilər. Azarkeşlər bu möhtəşəm qarşılaşmanı səbirsizliklə gözləyirlər.

Mənbə: Sky Sports

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et