Chelsea Premyer Liqada sabah Evertonla qarşılaşacaq. Baş məşqçi Enzo Maresca bildirib ki, Cole Palmer və Wesley Fofana bu oyunda iştirak edə biləcəklər. Lakin Liam Delap çiyinindən aldığı zədə səbəbilə 2-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Palmer qasıq və barmaq zədələri səbəbilə altı həftəlik fasilədən sonra tam olaraq bərpa olunmaq üçün Atalanta səfərinə aparılmayıb. Maresca onun vəziyyətini belə şərh edib: “O, indi yaxşıdır, bizlə məşqi qarışıq hisslərlə bitirdi, amma ümumilikdə vəziyyəti yaxşıdır". Fofananın da məşqləri problemsiz tamamladığı bildirilib.
Chelsea son dəfə Premyer Liqada ötən ay Burnley səfərində qalib gəlib. Komanda ardıcıl oyunlarda sabitlik tapmağa çalışır.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
