Finlandiya əsas liqasında sonuncu yeri tutaraq aşağı liqaya düşən "Haka" klubunun azarkeşləri stadionu yandırıb.

Finlandiyanın ən titullu klublarından biri olan “Haka”nın stadionunda baş verən yanğına azyaşlı yeniyetmənin səbəb olduğu müəyyən edilib.
Offsideplus.az-a istinadən xəbər veririk ki, polis çərşənbə günü yaydığı məlumatda hadisənin bazar günü axşam saatlarında Valkeakoski şəhərində yerləşən Tehtaan Kenttä stadionunda baş verdiyini bildirib. Finlandiyanın Sisä-Suomi polisinin məlumatına görə, yanğın başlayanda orada 15 yaşdan kiçik üç yeniyetmə olub.
Detektiv-inspektor Maijastiina Tammisto qeyd edib ki, həmin yeniyetmələrdən biri obyektə qəsdən yanar maddə atıb və bu, yanğına səbəb olub. Nəticədə, stadionun bir tribunasının tamamilə yararsız hala düşdüyü, süni örtüyün bir hissəsinin isə zədələndiyi müəyyən edilib.
Hadisə qəsdən törədilmiş yanğın kimi araşdırılır. Lakin Finlandiya qanunvericiliyinə əsasən, 15 yaşından aşağı şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Mənbə: Ally football
Tərcümə etdi: Zeynəb Şahmarova
